Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyeb fərman imzalayıb.
“Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilərək bildirilir ki, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir; Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir;Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının STRUKTURU
- 1.1. Baş nazirin xidməti
- 1.2. Baş nazirin birinci müavininin xidməti
- 1.3. Baş nazirin müavinlərinin xidmətləri
- 1.4. Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
- 1.5. Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
- 2.1. Hüquq şöbəsi
- 2.2. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
- 2.3. Humanitar və sosial məsələləri şöbəsi
- 2.4. Beynəlxalq əlaqələr şöbəsi
- 2.5. Sənaye və energetika məsələləri şöbəsi
- 2.6. Neft və kimya məsələləri şöbəsi
- 2.7. Kənd təsərrüfatı məsələləri şöbəsi
- 2.8. Ekologiya məsələləri şöbəsi
- 2.9. Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
- 2.10. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
- 2.11. Regionların inkişafı məsələləri şöbəsi
- 2.12. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
- 2.13. Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
- 2.14. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
- 2.15. Mətbuat xidməti
- 3. İşlər idarəsi