“Bahar Karqo” və “Optimal Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.
Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, sürətli poçt xidmətləri ilə məşqul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər komissiyaya təqdim edilməlidir.