9 C
Baku
Thursday, December 12, 2024

Nazirlik 2 xəstəxananın tikintisi üçün 14 milyon manat ayırdı

Səhiyyə Nazirliyi Arash Medical Company Qapalı Səhmdar Cəmiyyəti ilə təxminən 14 milyon manatlıq 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) nəzərdə tutulur. Müqavilənin dəyəri 7 544 747 manatdır.

Dəyəri 6 322 729 manat olan müqavilə isə 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisindən (tibbi avadanlıqlarla təchizatı) ibarətdir.

2 müqavilənin cəmi məbləği isə 13 867 476 manatdır.

Son xəbərlər
Digər xəbərlər