DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi 4 şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Black Rams Uniform” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Elmanado” MMC, “Avanqard-E.H” MMC və “Bakı Tikiş Evi” ASC-dir.
“Black Rams Uniform” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilədə isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər, yay örtüyü alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 6 663 057 manatdır.
“Elmanado” MMC ilə bağlanmış müqavilədə Ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 3 858 312 manatdır.
“Avanqard-E.H” MMC ilə bağlanmış müqavilədə Baş geyimləri, alt paltarları, yataq ləvazimatları, fərqlənmə nişanları və paqonlar alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 6 839 615 manatdır.
“Bakı Tikiş Evi” ASC ilə bağlanmış müqavilədə isə Palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubka alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 6 954 800 manatdır.
4 müqavilənin cəmi dəyəri 24 315 784 manatdır.