Nazirlik 7 rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ev alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Yevlax, Siyəzən, Masallı, Qax, Qəbələ, Ağdaş rayonlarında və Mingəçevir şəhərində mənzillərin satın alınması üçün 7 açıq tender elan edib.

İddiaçılar ilkin sənədləri avqustun 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə avqustun 12-si, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 596-44-09.

Nəticələr avqustun 13-ü, saat 15:00-da Portalda açıqlanacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.