22 C
Baku
Wednesday, May 22, 2024

Nazirlik: Avtomobillərin utilizasiyası ilə bağlı güzəşt məbləğlərinin artırılmasına baxıla bilər

Sentyabr ayının 1-dən avtomobil sahibləri öz köhnəlmiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə tam həcmdə, əgər başqa məqsədlər üçün istifadə nəzərdə tutulursa, onun 70 faizi qədərində birdəfəlik ödəniş alacaqlar:

“Bu, istər xarici nəqliyyat vasitəsi almaq, istərsə də başqa məqsədlə ola bilər”.

O qeyd edib ki, fond təkcə idxal olunan nəqliyyat vasitələri hesabına yox, eyni zamanda, digər mənbələrdən də formalaşa bilər:

“Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qanun olub. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə, rəqəmlərə təkrar baxıla bilinər”.

“Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”, – deyə o qeyd edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər