9 C
Baku
Thursday, December 12, 2024

Nazirlik “Bestcomp Group”a 7 milyon manatlıq sifariş verdi

Ədliyyə nazirliyi şirkətlə 7 milyon manatlıq 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkət “Bestcomp Group” MMC-dir.

1-ci müqavilədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 2 140 716 manatdır.

2-ci müqavilədə isə Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 4 443 771 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər