3 C
Baku
Saturday, December 14, 2024

Nazirlik bu il 50-dən çox e-xidməti istifadəyə verəcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü  proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti  istifadəyə verəcək.

Banker.az xəbər verir ki, nazir Sahil Babayev DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda bildirib.

İclasda  qeyd edilib ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan “e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min  müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.

Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.

Hazırda “Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması,  “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.

Son xəbərlər
Digər xəbərlər