2022-ci ilin yanvar-noyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 7.3 faiz (390 mln. manat) çox olmaqla 4 mlrd. 526 mln. manat vəsait yönəldilib.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Nazirlikdən verilən məlumata əsasən, həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.