22 C
Baku
Tuesday, June 10, 2025

Nazirlik: Çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi barədə layihə hazırlanmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb.

Nazirlikdən bildirilib ki, qanunvericiliyə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Qeyd edilib ki, hazırda respublika üzrə 3 minə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir: “Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər