28 C
Baku
Saturday, July 27, 2024

Nazirlik “Data Governance” platformasının üçün 580 min manatlıq məsləhət alacaq

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti  “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Data Governance” platformasının hazırlanması üzrə məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 580 206 manatdır.

Qeyd edək ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti  2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Nuran Kərimovdur.

Son xəbərlər
Digər xəbərlər