Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “AM.M Line” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Abşeron DOST Mərkəzinin təmir-quraşdırma işləri üçün layihə işlərinin satın alınması nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 177 min manatdır.
Bildirək ki, “AM.M Line” MMC-nin nizamnamə kapitalı 40 manatdır və qanuni təmsilçisi Həsənli Talıbdır. Bu şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb.