Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.
Maliyyə Nazirliyindən Banker.az -a verilən məlumata görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb.