13 C
Baku
Friday, March 29, 2024

Nazirlik pensiyaların verilməsində “Azərpoçt”la əməkdaşlığı istisna etmir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyaların verilməsi məsələləri ilə bağlı “Azərpoçt” MMC ilə əməkdaşlığın mümkünlüyünü istisna etməyib.

Hazırda pensiya və müavinətlərin ödənilməsi üzrə nazirliyin agent bankları Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Kapital Bank”dır.

“Əgər “Azərpoçt” maraqlı təkliflə çıxış etsə, biz böyük məmnuniyyətlə onlarla pensiyaların verilməsi sahəsində əməkdaşlığa dair saziş imzalayarıq”, – deyə o, bu gün mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, hazırda ABB və “Kapital Bank” “Azərpoçt”un təklif etdiyindən daha aşağı tariflərlə xidmət göstərir. «Bu gün pensiyalarla bağlı xidmətin göstərilməsi üzrə bank xərclərimiz 0,35% dərəcəsi ilə həyata keçirilir ki, bu da çox aşağı tarifdir», – deyə nazir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər