7 C
Baku
Thursday, December 12, 2024

Nazirlik: “Qanunsuz çıxarılmış 43 nəfər əvvəlki işlərinə bərpa edilib”

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Bu barədə Nazirlikdən xəbər verilib. Bildirilib ki, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər