10 C
Baku
Wednesday, December 11, 2024

Nazirlik rəsmən təsdiqlədi -Bakı Avtovağzalı geri qaytarılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yenidən nazirliyin balansına qaytarılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinən mənbənin sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanıdır:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi də ölkənin nəqliyyat sektorunda vacib strukturlardan biridir. Təbii ki, həmin struktur nazirliyin diqqət mərkəzində olmalıdır”-deyə, qeyd olunub.

Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər