8 C
Baku
Thursday, December 12, 2024

Nazirlik vəzifəli şəxsi cərimələdi

Masallı şəhər Bələdiyyəsinin sədri A.Baxışov cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Aprelin 11-də Masallı şəhəri ərazisində keçirilən belə tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər