21 C
Baku
Thursday, April 25, 2024

Nazirlikdən uşaq qidalarının satışı ilə məşğul olan şirkətlərə xəbərdarlıq

Səhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib.

Report agentliyinin  xəbərinə görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir. 

Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat aparmırlar.

E.Ağayev həkimlərə tövsiyə edib ki, onlar yenidoğulanların qidalanmasına diqqət etsinlər: “Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Burada həmçinin Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət və mətbuat da iştirak etməlidir”. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər