25 C
Baku
Friday, April 19, 2024

Nazirliyə şöbə müdiri və nazirin müşaviri vəzifələrinə təyinatlar olub

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər