15 C
Baku
Friday, March 29, 2024

Nazirliyin bu səlahiyyəti ASAN Xidmət-ə verildi – Güzəştli mənzillərlə bağlı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda və 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.5-1-ci (hər iki halda) və 6.4-cü bəndlərində “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci yarımbəndə “nəzərdə tutulan” sözlərindən sonra “elektron kabinet verilmiş şəxslər və” sözləri əlavə edilsin;

2.2. 6.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.1.13. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

2.3. 6.1.14-cü yarımbəndə “mənzili” sözündən sonra “, Qaydanın 5.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

2.4. 6.1.15-ci yarımbənddə “müraciətedənin” sözü “istifadəçinin” sözü ilə əvəz edilsin;

2.5. 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

(Əvvəl 6.2 – Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir🙂

2.6. 8.0.1-ci yarımbənd üzrə:

2.6.1. 1-ci abzasda “kabinet yaratmaq” sözü “kabinetdən istifadə etmək” sözləri ilə əvəz edilsin;

2.6.2. 3-cü abzasda “4.3.1–4.3.9-cu” sözləri “4.3.1–4.3.10-cu” sözləri ilə əvəz edilsin;

2.6.3. 6-cı abzas aşağıdakı redaksiyada verilsin:

“6. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

2.7. 8.0.2-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

“1. Qaydada nəzərdə tutulan bildirişləri istifadəçinin elektron kabinetində yerləşdirmək;”

Son xəbərlər
Digər xəbərlər