18 C
Baku
Thursday, April 25, 2024

Nazirliyin sabiq əməkdaşına universitetdə vəzifə verilib

Bakı Mühəndislik Universitetində təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Universitetdən verilən məlumata görə, təhsil müəssisəsinin Mətbuat xidməti ləğv olunaraq onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Bundan əlavə 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər