10 C
Baku
Thursday, December 12, 2024

Nazrilik 6400-dən çox vərəsəyə birdəfəlik ödəmə ediləcək

Cari ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılmasıistiqamətində məqsədyönlü addımlar atılıb.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 mln. manat vəsait ayrılması ötən il nazirlik tərəfindən həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.

Həmçinin ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Ötən ilin sonunadək artıq 3097 şəhid hərbi qulluqçunun 4190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 mln. manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.

Ünvanlı dövlət sosial yardım proqramının icrasındaünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46% (36 854 ailə) azalaraq 42 683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 mln.manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 mln. vəsait xərclənib

Son xəbərlər
Digər xəbərlər