6 C
Baku
Sunday, December 15, 2024

NBC Bank ötən ildə depozit həcmini genişləndirib

NBC Bank ötən ili  depozit həcmini genişləndirib 

2018-ci ildə “NBC Bank” ASC-nin cəmi öhdəlikləri 225,27 mln. manat təşkil etmişdir.

Banker.az məlumat verir ki, bu barədə Bankın 2018-ci ilin yekunlarına dair hesabatında açıqlama verir.

Açıqlamadan görünür ki, bankın öhdəlikləri  2017-ci illə müqayisədə 2018-ci ildə 77,99 mln. manat artmışdır.  Bu da illik 53%-ə qədər artımın olmasıdır.

 

Depozit həcmi genişlənib

 Bank 106, 43 mln. manat depozitlə 2017-ci ildəki göstəricisini 32, 46 mln. manat fərqlə üstələyib.  Bundan başqa digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri 2018-ci il üçün  cəmi  115,47 mln. manat təşkil etmişdir. Xatırladaq ki, 2017-ci ildə bu maddə üzrə  nəticə 70 38 mln. manat olmuşdur. Göründüyü kimi bu bənd üzrə də bank irəliləmiş, 45, 088 min manat artıq vəsait  cəlb edə bilmişdir.

Öhdəliklər sırasında banklar  və  digər maliyyə institutlarının kreditlərində azalma müşahidə olunur. Belə ki, əgər 2017-ci il üzrə bu sahə üzrə göstərici 1,33  mln. manat təşkil etmişdirsə, 2018-ci il üzrə göstərici 821 min manat olmuşdur.

 

 

Son xəbərlər
Digər xəbərlər