2017-ci il tarixinə olan illik hesabata görə, “NBC Bank” ASC-nin kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 12 mln. manat təşkil edib.
Banker.az Bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın ümumi kredit portfeli 163,8 mln. manatdır. Problemli kreditlərin ümumi portfeldə payı 7,3%-dir ki, bu da 2017-nin əvvəlinə bu göstərici 9,9% olub.
Eləcə də bax: “NBC Bank”ın faiz gəlirləri azaldı, yığılmış zərəri artaraq 12 mln. manat oldu
Problemli kreditlərin strukturuna nəzər saldıqda məlum olur ki, bunun 10,241 mln. manatı ümidsiz kreditlərdir.
Bank kreditlər üzrə cəmi 2,201 mln. manat ehtiyat, 9,176 mln. manat məqsədli ehtiyat yaradıb.
Problemli kreditlərin 8,589 mln. manatı fiziki şəxslərin, 2 698 mln. manatı isə ticarət və xidmət sahəsinin payına düşüb.