3 C
Baku
Saturday, December 14, 2024

“NBC Bank” səhmdarları da toplaşır

15.05.2019-cu il tarixdə, saat 11:00-da “NBCBank” ASC-nin Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində “NBCBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, ümumi yığıncağın gündəliyinə “NBCBank” ASC-nin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və digər məsələlər daxil edilib.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən “NBCBank” ASC-nin Mərkəzi ofisində tanış oluna bilər.

Xatırladaq ki, “NBC Bank”ın nizamnamə kapitalı 64 mln. manatdır.

Səhmdarları aşağıdakı hüquqi və fiziki şəxslərdir:

65,91% – Nuru Əliyev
6,42% – Aynur Kamalova
6,42% – Aysel Usubova
6,16% – Nüşabə Səfiyeva
6,02% – Nurgun Group
4,30% – Surxay Əhmədov
2,72% – Caspian Insurance Co. Şirkəti
1,02% – Elnur Səfiyev
1,02% – Nicat Səfiyev

Son xəbərlər
Digər xəbərlər