15 C
Baku
Friday, April 26, 2024

“NBC Bank”ın kredit portfelində fiziki şəxslərin payı kəskin artıb

“NBC Bank” ASC-nin cəmi aktivləri son 3 ayda 14,43 mln. manat, illik isə 79,25 mln. manat artaraq 283,38 mln. manatı ötüb. Bu da illik 39%-lik artım olması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin yekunlarına dair maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində bankın kredit portfeli 204,47 mln. manat təşkil edib. Kredit Portfelinin əsas hissəsini  — 113,89 mln. manatı fiziki şəxslərə verdiyi kreditlər, 65,28 mln. manatı isə ticarət və xidmət sahəsinə yönəltdiyi kreditlər olub.  Qeyd edək ki, hesabat dövründən öncəki 2017-ci il ilə müqayisədə ötən il “NBC Bank” fiziki şəxslərə daha çox kredit verməli olub. Belə ki, ötən il fiziki şəxslərə verilən kreditin portfeldə çəkisi 46 faiz olduğu halda bu il artaraq 54% təşkil edib.

Bankın depozit portfeli artaraq 106,43 mln. manat olub ki, bu da ötən illə müqayisədə cüzi fərqlə artımın olması deməkdir. Bankın 2018-ci ilin ərzində cəmi öhdəlikləri artaraq 225,27 mln. manat olub.

Bank işini mənfəətlə davam edir

“NBC Bank” cəmi faiz gəlirləri ilin ərzində 17,57 mln. manat edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın artımın olması deməkdir.  Bankın qeyri-faiz gəlirləri öncəki dövrlə müqayisədə bir o qədər də kəskin fərq göstərməyib – 3,39 mln. manat.

Bankın faiz xərcləri 2018-ci il ərzində 11,02 mln. manat təşkil edib, bu ötən  il 6,47 mln. manat idi. Qeyri-faiz xərci bu ötən il ilə müqayisədə 1,6 mln manat daha çox olaraq 7,66 mln. manat olub. Beləliklə Bankın xalis mənfəəti 2018-ci il üzrə 1,15 mln. manat olub.

Cəmi kapital isə 58,1 mln. manatdır.

Xatırladaq ki, NBC Bank-ın nizamnamə kapitalı 64 mln. manatdır. Səhmlərinə 7 fiziki şəxs və 3 hüquqi şəxs nəzarət edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər