9 C
Baku
Friday, December 13, 2024

Neçə aylıq strateji valyuta ehtiyatımız var?

Bu ilin oktaybr ayının 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 38,5 mlrd. dollar təşkil edib. Hansı ki 2016-cı il yanvarın 1-nə ölkənin strateji valyuta ehtiyatları təxminən 39 mlrd.dollar idi. Beləliklə, cari ilin 9 ayı ərzində valyuta ehtiyatları 1% azalıb.

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir.Qeyd edilir ki, strateji valyuta ehtiyatları respublikaya 29 ay ərzində mal və xidmət idxalını ödəməyə imkan verir. Ümumilikdə valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcundan 4,3 dəfə çoxdur. Cari ilin III rübü ərzində strateji valyuta ehtiyatları 200 mln. dollar artıb.

Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

Publika.az

Son xəbərlər
Digər xəbərlər