17 C
Baku
Wednesday, May 1, 2024

Necə edək ki, internet məhsuldarlığımızı aşağı salmasın?

Çox böyük ehtimal ki, siz bu məqaləni öz iş gününüz ərzində oxuyursunuz, sanki diqqətinizi mərkəzləşdirməli olduğunuz əsas işdən müəyyən müddətə ayırıb, fikrinizi yayındırmaq istəyirsiniz. Əslində indi diqqətiniz məhz o işin icrasına yönəlmiş olmalı idi. Nəyin üzərində işləməyinizdən asılı olmayaraq,  sizin hələ də tamamlamalı olduğunuz o iş, o biri pəncərədə açılmış qalıb. “Bu sadəcə beş dəqiqəlik bir işdir. Burda qorxulu heç nə yoxdur” -deyə düşünürsünüz.

Lakin mənə elə gəlir ki, bu sizin oxuduğunuz ilk məqalə deyil, siz bunu etdiyiniz müddət ərzində bir az sağda olan başqa bir məqalədə də sizin gözünüzə sataşaraq diqqətinizi çəkə bilər. Ya da siz öz həmkarınızdan bir e-mail alacaqsınız və o sizdən Atlantada hansı restoranların olması barədə məsləhət istəyəcək, çünki sabah onlar biznes işləri ilə əlaqədar orada səfərdə olmalıdır. Siz onlar ilə bəzi fikirlərinizi paylaşmalı olacaqsınız, çünki əvvəllər Atlantada yaşamısınız və həm də ona görə ki, onların sizin köməyə ehtiyacı var. Sonra isə siz öz Facebook profilinə nəzər salır, əsas xəbərləri öyrənmək istəyirsiniz. Birdə xəbər tutursunuz ki, siz öz iş gününüzün yarım saatını bu kimi boş işlərə sərf etmisiniz.

İnternet dünyanın ən dahiyanə düşünülmüş məhsuldarlıq alətidir, lakin həm də dünyanın ən böyük vaxt sorucusudur. Hətta BlackBerry-dən sonra da, bütün dünya işgüzar adamlarının arasında ən sürətli kommunikasiyaya metodu hesab olunan e-mail də böyük vaxt itkisinə səbəb olur. Bu yaxınlarda The New York Times jurnalında Google-un baş icraçı direktoru Larry Page-in təzə yazılmış bir məqaləsi dərc olunub: O, e-maili xoşlamır, hətta Gmail-i də. O deyir ki, “yorucu irəliyə-və arxaya hərəkətlər problemləri həll etmək üçün həddindən çox vaxt aparır”. Bir dəfə o iki işçisini bir-biri ilə mübahisə etməyə məcbur edir, bu disput e-mail üzərindən aparılır, şəxsən və iş vaxtının sonuna yaxın, otaqdan çıxmamış vəziyyətdə.

Çox güman ki, e-mail sizin gündəlik şəxsi həyatınızda da vaxt itkisinə səbəb olur. Deyək ki, e-mail sizin müdirinizdən gəlir, ya da siz da yeni biznes layihəsini təklif etmək istəyirsiniz. Düşünürsüz ki, o qrammatik cəhətdən düzgün yazılmalı, yaxşı düşünülmüş olmalı, qısa e-mail essesi kimi tərtib olunmalıdır. Bunu yazmaq sizin 30 dəqiqənizi apara bilər, lakin siz bütün bunları 30 saniyədən də az vaxta söyləyə bilərsiniz.   

Əgər siz əksər insanlar kimisinizsə, sizin e-mail və İM (Skype,G-talk, MSN və s.) davamlı olaraq açıqdır, yəni siz həmişə xətdə olursunuz, bu sizin gününün arxa planını təşkil edir. Vaxtından asılı olmayaraq İM-ə nə isə gəldikdə, siz əlinizdə gördüyünüz işi dayandırır, yeni gələn mesajın üzərinə atılır, sonra yenidən öz işinizə qayıdırsınız. Özünüzü “çox funksionalam”, ya da “eyni vaxta bir neçə işin öhdəsindən gəlirəm” deyə aldatmayın. “Çox-funksiyalılıq” bir mifdir – Winifred Gallagher öz Rapt: Attention and the Focused Life kitabında deyir. Real olaraq siz iki tapşırıq arasında vurnuxur, gah irəli gah da arxaya gedirsiniz. Cəlb olunmuş əlavə səylər sizi daha da məhsuldar etmək əvəzinə, əksinə məhsuldarlığınızı azaldır.  Sizin işinizin ümumi nəticədə  səmərəsiz və qüsurlu alınır. Həm də daha çox vaxt sərf ilə müşahidə olunur. Lakin öncədən diqqəti bir iş üzərində cəmləsəniz o daha tez başa gələr, keyfiyyətcə də daha üstün olar.

Gallagher yazır: “Çoxlu mesaj alaraq, siz heç bir işinizi vaxtında icra edə bilməyəcəksiniz. Mənə BBM’ing (black berry messagener xidmətindən istifadə) vasitəsi ilə təşkil olunan görüşlərin görüşlərin necə məhsuldar olması haqqında da danışmağa lüzum yoxdur”.

Mənim məqsədim heç də sizə, bütün iş gününü hədər yerə sərf edən tənbəl insan demək deyil. Lakin, bir az fərqli yanaşmaya nə deyərdiniz. Məsələn təsəvvür edin ki, əgər internet vaxtınızı öldürməsəydi, sizin nə qədər boş vaxtınız qalardı və siz az müddətdə daha çox iş görə bilərdiniz. Sadəcə qalan vaxt ərzində edə biləcəklərinizi fikirləşin: kinoya getmək, uşaqlarınız ilə vaxt keçirmək. Ya da, Allah eləməsin, daha çox işləmək, sizin dalğın həmyaşıdlardan qat-qat daha məhsuldar olmaq. Beləliklə siz daha tez irəli çıxacaqsınız və daha çox pul qazanmaq imkanınız olacaq.

Gün ərzində daha çox iş görə bilmək üçün mənim əməl etdiyim bir neçə sadə qayda vardır. Birincisi, İM (skype, MSN, Gtalk və s.) söndürmək. Sürətli məktublaşmaq üçün real səbəb olmayana qədər (məsələn siz təyyarədə olan yoldaşınız ilə danışmaılsınız, İM bunu etmək üçün yeganə yoldur) onu söndürün. İM insanlar üçün sizin iş gününü pozmaqdan və sizə formal suallar verməkdən ötrü sadəcə bir dəvət vasitəsidir

Öz e-mailinizi gün sadəcə bir neçə dəfə yoxlayın. E-mail sinxronik deyil  -göndərənlər onsuz da dərhal cavab gözləmir. Bu şansdan istifadə edərək vizual və audio çağırışları (həyəcanları) söndürün, elektron poçta gündə cəmi bir neçə dəfə göz gəzdirin.

Mən elektron poçtumu yoxlayan zaman belə bir sadə qaydaya əməl edirəm, hər hansı bir məktubu oxuyan kimi, dərhal ona cavab yazıram. Bəzi e-maillər isə ümumiyyətlə cavablanmaya ehtiyac duymur.  Bu qayda məni qısa e-maillər göndərməyə sövq edir, çünki mən tezliklə o biri mesaja keçmək istəyirəm və heç vaxt eyni məktubu iki dəfə oxumalı olmuram. Nəticədə məktublaşmaya da az vaxt sərf etmiş oluram. Həmçinin səsli mesajlar daha az vaxtımı almış olur.

30 dəqiqəlik görüşlər keçirin. Rəsmi görüşlər istisna olmaqla, istənilən digər faydalı iş görüşməsini 30 dəqiqədən də az vaxt ərzində uğurla həyata keçirmək olar, xüsusən də əgər e-mail, İM və telefon zənglərinə icazə verilmirsə.

Sosial media üçün ayırdığın vaxtı planlaşdır, onu müəyyən rejimə uyğun qur. Xəbərlərdən daima agah olmaq, gündəlik yenilikləri izləmək  çox vacibdir və məhz peşəkar məqsədlər üçün sosial media profilinə malik olmaq böyük əhəmiyyət kəsb edir. Lakin bunu ağılla etmək lazımdır. Gərək bunu vaxtı bölüşdürülmüş şəkildə, qrafikə əsasən edəsən. Məsələn, mən bunları dərhal, yuxudan oyanan kimi edirəm, əgər mümkünsə bu müddət ərzində həm də yeməyimi yeyirəm. Elə ki, bu da digər işlər ki, müəyyən qrafikə düşür, daha sizin bütün gününüzü əlinizdən alan bir məşğuliyyətə çevrilmir.

Bunu sizə rəqəmsal agentliyi idarə edən bir insan kimi deyirəm, inanın mənə. İnternet bağlantılarına daha az vaxt ayırın. Onda siz daha məhsuldar, daha xoşbəxt olacaqsınız və daha çox asudə vaxtınız qalacaq. Indi isə bu məqaləni paylaşın və yenidən öz işinizə qayıdın!

Son xəbərlər
 ⁠
Digər xəbərlər