18 C
Baku
Monday, April 29, 2024

Necə edək ki, vacib işləri sonraya saxlamayaq

“Sabah, sabah… həmişə sabah. Bütün həyat bununla keçir.”

Roma məsəli

“İnsan vaxtının çoxunu monoton işlərə sərf edir, amma həqiqətən vacib və böyük işləri sonraya saxlayır”, sizə belə bir hal tanış gəlirmi? Hələ e.ə. 40-cı ildə roma konsulu Mark Tulliy Siseron bu hal haqqında geniş yayılmış problem kimi yazırdı. Müasir psixologiyada isə bu xüsusi termin – prokrastinasiya ilə ifadə olunur. Hər hansı bir çətin işi ən son ana saxlamaq vərdişi prokrastinasiya adlanır. Gündəlik çərçivələrdən kənara çıxaraq nə isə yeni bir şey sınamaq qorxusu da prokrastinasiyadır. Nümunələr isə kifayət qədərdir.

Bununla necə mübarizə aparmaq olar? Bu üsullardan birini Amerika prezidenti Duayt Eyzenhauer fikirləşdi və praktikada tətbiq etdi.

Eyzenhauer matrisası

Eyzenhauer bütün işi onların müddətindən və vacibliyindən asılı olaraq iki yerə bölməyi təklif edirdi. Əgər bunu kağız üzərində təsvir etsək, onda matrisa alınır ki, burada bir neçə qrup işi seçmək mümkündür. Bu cür yanaşma vacib və mühüm işləri seçib həll etməyə imkan verir, bəs yerdə qalanları nə etmək lazımdır.
Duayt Eyzenhauer dəyərli vaxtınızın sərf olunduğu işlərin 4 qrupunu fərqləndirirdi.

1. Vacib və təcili

Bura həqiqətən təxirəsalınmaz işlər, kritik vəziyyətlər və ya təcili hazırlanmalı layihələr aid edilir. Bu tip tapşırıqları ləngimədən həll etmək lazımdır. Onlara aiddir: qəza, xəstəlik, qısa müddətdə işin yerinə yetirilməsi, ailə böhranı, həyati təhlükə halları. Bu halları əvvəlcədən görmək və imkan olduqda qarşısını almaq lazımdır.

2. Vacib, lakin qeyri-təcili

Bu ən vacib kateqoriyadır, ona yaşama səbəbiniz olan uzunmüddətli məqsədlər, arzular aid edilir. Onlar uzaq və əlçatmaz görünə bilər, amma bu müvəqqətidir.Əgər bütün gücünüzü bu qrup işlərin yerinə yetirilməsinə sərf etsəniz, onda onlar ən böyük faydanı gətirəcək. Eyzenhauer məsləhət görürdü ki, bu həyatda bir məqsədinizin olduğunu hər yataqdan duranda yadınıza salın və gündəlik işlər isə ilk növbədə ona uyğunlaşdırılmalıdır. Bura həm də sağlamlıq aid edilir, belə ki, sağlamlıq olmadan digər kateqoriyaların əhəmiyyəti yoxdur.

3. Əhəmiyyətsiz, lakin təcili

Burda elə işlər nəzərdə tutulur ki, guya təxirəsalınmaz işlərdir, lakin həqiqətdə belə deyil. Məsələn, bura sizin birbaşa öhdəliklərinizə aid olmayan spontan xahişlər və ya “nəyisə indi və təcili surətdə etmək” tapşırıqları və s. aid edilir. Bunları əsasən başqalarına tapşırın və ya ümumiyyətlə imtina edin.

4. Əhəmiyyətsiz və qeyri-təcili

Bu kateqoriyaya əksər gündəlik işlər aid edilir, onlar faktiki olaraq sizin həyatınızın yaxşılaşması üçün heç bir töhfə vermir və nəticəsizdir. Bunlar vaxt alan xırda işlərdir ki, bura telefonla boş söhbətlər, seriallara baxmaq və digər vaxt sorucu işlər aid edilir. Bunları gündəlik həyatınızdan qətiyyətlə çıxarmaq lazımdır, əslində bunlar vaxt soruculardan başqa bir şey deyil. Yalnız 2-ci punktdakı işlərdən zövq almaq olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər