16 C
Baku
Thursday, March 28, 2024

Necə edəsən ki, işdən qovulmayasan?

İşdə baş verə biləcək xoşagəlməz hallardan qorunmağın yolları

Hər gün həyatımızın təxminən 10 saatını işdə keçiririk. Bu vaxt ərzində bizimlə hər şey baş verə bilər.

Mütəxəssislər məsləhət görürlər ki, işdə sizin qovulmanıza səbəb ola biləcək xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün əvvəlcədən öz hərəkətləriniz barəsində düşünün. Beləliklə, bir ofis işçisinin necə görünməsi haqqında olan fikirləri yadınıza salın. Əməkdaşlarının geyimlərinə önəm verən bir ciddi təşkilatda işlədiyinizi əsla unutmayın. Şirkətin geyim qaydalarına uymaqla özünüzü “müti”(itaətkar) bir əməkdaş kimi hiss etməyin. Bu sadəcə kənardan belə görünə bilər.

Həmçinin psixoloqlar rəhbərliyin öz işçilərinin ideyalarını da özəlləşdirmələri ilə də bağlı narahatdırlar. Rəhbərlik çox zaman bunun “oğurluq” olmasını unudurlar, çünki çox nadir hallarda onlar öz işçilərini buna görə mükafatlandırırlar. Buna görə də tez-tez ideyalarınızın şirkət üçün nə dərəcədə məhsuldar olduğunu, nə kimi xeyirlər gətirdiyini rəhbərliyə xatırladın.

Mütəxəssislər qeyd edirlər ki, təcrübəsiz və bilik səviyyəsi az olan həmkarlarınıza məsləhətlər vermək lazım deyil. Çünki belə halda onlar sizi karyera yüksəlişində üstələyə bilərlər. Psixoloqlar məsləhət görürlər ki, bu hallarda aydın şəkildə belə səlahiyyətə malik olmadığınızı onlara bildirin.

Və bizim siyahımızın son iki bəndini dedi-qodu və sosial şəbəkələr təşkil edir. Bu iki bənd sizin yalnızca işdən qovulmanızla deyil, həm də kollektivlə uzun sürən “müharibələrə” səbəb ola bilər. Ona görə də, kimisə müzakirə etməyə başlamazdan əvvəl bu “söhbətin” nələrə səbəb ola biləcəyi haqqında düşünün.

Son xəbərlər
Digər xəbərlər