15 C
Baku
Friday, April 26, 2024

Necə müəyyən etmək olar ki, sizi işdən çıxarmağa çalışırlar

Təəssüf ki, işdən həmişə öz arzunla çıxmırsan. Rəhbərliyin bu qərarı heç də spontan olaraq baş vermir. Ona görə də gələcək karyera planlarını qurmaq və baş verə biləcək situasiyanın qarşısını almaq üçün imkanınız var.

Işdən çıxarılmaq ilə bağlı gözlənilməz xəbər hər kəsi çıxılmaz vəziyyətə sala bilər. Bu xəbərin gözlənilməzliyi sonradan təəssüflənə biləcəyiniz tələsik qərar qəbul etməyə vadar edə bilər. Ona görə də işdən çıxma ehtimalınız varsa, bunu əvvəlcədən bilmək daha yaxşıdır. Lakin bunu sizə heç kim deməyəcək. Biz sizə işdən çıxarılma ehtimalı ilə bağlı bir neçə diqqət etməli olduğunuz əlamətləri çatdıracağıq.

Şirkətdəki problemlər

Şəxsi heç nə yoxdur. Ola bilər ki, siz məcburən ixtisara düşürsünüz. Ona görə də, şirkətin çətin anlar yaşadığını vaxtında başa düşmək və ehtiyat variantlarını nəzərdən keçirmək lazımdır. Rəhbərliyin bütünlüklə dəyişdirilməsi, kollektivdə gəzən şayiələr , satış və istehsal göstəricilərinin aşağı düşməsi, filialların bağlanması –şirkətdə problemlərin olduğunu göstərən əsas əlamətlərdən hesab olunur. Dəyişikliklərə fikir verin və onda ixtisara düşdüyünüz barədə xəbər sizin üçün sürpriz olmayacaq.

Təhdid və iradlar

Ciddi və kobud müdirlər təhdid etməkdən belə çəkinmirlər. Əgər siz həqiqətən günahkarsınızsa, onda qürurunuzdan keçərək səhvlərdən nəticə çıxarıb, vəziyyəti düzəltməyə çalışmaq lazımdır. Lakin əgər siz hiss edirsiniz ki, məsələ sadəcə şəxsi qərəzliliklə bağlıdır və bu müntəzəm olaraq davam edir, onda təhdidlərin reallığa çevrilmə ehtimalları yüksəkdir.

Əvvəl sizə qarşı heç bir irad olmasa da, indi rəhbərlik sizə tez-tez irad tutur və sizin hər addımınızı izləyirsə, onda çox ehtimal ki, sizi işdən çıxarmaq üçün bəhanə axtarır. Əgər sizin rəhbərliklə normal münasibətiniz varsa, onda istefa verməmişdən qabaq bu situasiyanı müzakirə etməniz yaxşı olardı.
Nəzarətin gücləndirilməsi də bəd xəbərə işarə ola bilər. Rəhbəriniz sizdən məruzə, izahat, müxtəlif hesabatları tez-tez tələb etməyə başlayıb, halbuki əvvəllər belə hallar yaşanmırdı? Ola bilər ki, bu yoxlama sizi ştatda saxlayıb-saxlamamağı bağlı həyata keçirilir.

Etinasızlıq

İşinizə kifayət qədər məsuliyyətli yanaşmağınıza baxmayaraq, sizdən məsləhət almırlar, iclaslarda sizin fikirlərinizə əhəmiyyət vermirlər, sizə vacib informasiyanı birbaşa çatdırmırlar və ancaq dolayı yollarla öyrənirsiniz, tapşırıqları yalnız yazılı formada alırsınız və onlar müzakirəyə açıq deyillər? Eyni zamanda hiss edirsiniz ki, sizə getdikcə daha az iş tapşırırlar? Onda probleminiz var. Sizə qarşı münasibətin bu cür dəyişilməsini aydınlaşdırmağa çalışın. Bu haqda rəhbərlik v müştərilərlə danışın, özünüzü kənardan qiymətləndirin.

Sonradan işdən çıxarılmağınızı bilməkdənsə vəziyyətə əvvəlcədən aydınlıq gətirin.

Oxşar situasiyalarda əsas məsələ boş oturmamaqdı, hər şeyin nə ilə bitəcəyini gözləmək mənasızdı. Bunlardan nəticə çıxarın, problemləri həll etməyə çalışın. Əgər başqa çarəniz olmasa, yeni iş axtarışlarına daha öncədən başlamaqda fayda var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər