20 C
Baku
Bazar ertəsi, May 23, 2022

Neft 2014-cü ilin yayından bu tərəfə ilk dəfə $112-yə qədər bahalaşdı

Neftin qiyməti 2014-cü ilin iyul ayındakı bağlanışlardan sonra ilk dəfə 112 dollara qədər bahalaşıb.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin London birjasındakı qiyməti Bakı vaxtı ilə 08:50 radələrinə may fyuçerlərində 110.27 dollar/barrel qədər bahalaşıb. Bu da öncəki gündə olan bağlantısından bu  tərəfə 5.30 dollar, yaxud 5.05% bahalaşıb.

WTI neftinin qiyməti isə aprel fyuçersi üzrə 108.55 dollar/barelə ticarət olunur ki, bu da sessiya ərzində 5.14 dollar, yaxud 4.97% bahalaşmadır.

Qeyd edək ki, neftin bahalaşmasında hazırda əsas drayver Rusiya-Ukrayna müharibəsidir. Belə ki, investorların çəkindiyi bir məsələ var ki, bu mühraibə nəticəsində həm enerji təchizatında yarana biləcək narahatlıq və eləcə də Qərb ölkələrinin Rusiyanın işğalçı siyasətinə cavab olaraq onun neftindən imtina etməsidir.

Ötən gün bununla bağlı ətraflı yazmışıq. Ətraflı.

 

Son xəbərlər
Oxşar xəbərlər