10 C
Baku
Thursday, December 12, 2024

Neft ABŞ-ın hasilatı artırmaq çağırışından sonra 2% düşüb

Neft ABŞ-ın hasilatı artırmaq çağırışından sonra yeddi dəqiqə ərzində 2% düşüb.

Banker.az bu barədə xarici Kİv-ə istinadən xəbər verir.

“Trading View” portalının məlumatlarına görə, eniş Bakı vaxtı ilə 13:09-da 70.83 dollar səviyyəsindən başlayıb və saat 13:16-da qiymət artıq 69.45 dollar olub.

Mütəxəssislərin fikrincə, azalma ABŞ-ın OPEC ölkələrini neft hasilatını artırmağa çağırması fonunda baş verib. “CNBC”nin daha əvvəl vurğuladığı kimi, Vaşinqton müttəfiqlərini benzin qiymətindəki artımın qarşısını almaq üçün neft istehsalını artırmağa çağırıb.

Ağ Evdən verilən məlumata görə, neft hasilatının gündə 400 min barel artırılması “yetərli deyil”. Xatırladaq ki, 2020-ci ilin aprelində OPEC+ ölkələri neft hasilatını rekord 9.7 milyon barel azaltmaq barədə razılığa gəliblər. Bu müqavilənin müddəti iki il təşkil edir və 2022-ci ilin 1 may tarixində başa çatır.

İyulun 18-da keçirilən iclasda tərəflər müqavilənin müddətini 2022-ci ilin sonuna qədər uzatmağa, o cümlədən hasilatı gündə 400 min barel artırmağa qərar verib.

Son xəbərlər
Digər xəbərlər