2 C
Baku
Saturday, December 14, 2024

“Neft bazarı gec və yaxud tez yuana keçid edəcək”

Çin Səudiyyə Ərəbistanını neftlə bağlı hesablaşmalar zamanı yuana keçid etməyə məcbur etmək niyyətindədir.

Banker.az xəbər verir ki, Amerikanın High Weighted Economic Review konsaltinq şirkətinin baş iqtisadçısı Karl Vaynberqin sözlərinə görə, bu baş verdikdən sonra digər ölkələr də bu nümunəyə riayət edəcək və neft müqavilələrinin bağlanması zamanı dollardan imtina edəcəklər. O bu fikri CNBC-ə verdiyi müsahibəsi zamanı səsləndirib.

O qeyd edib ki, Çin ABŞ-ı geridə qoyduqdan və nəhəng xam neft idxalçısına çevrildikdən sonra neft bazarında açar mövqeli oyunçuya çevrilib.

Ər-Riyad bu reallığı göz ardına vura bilməz və nəzərə almalıdır ki, “1-2 il ərzində Çin tələbatı ABŞ tələbatını üstələyəcək”.

Onun sözlərinə görə neft bazarı gec və yaxud tez yuana keçid edəcək. “Səudiyyə ərəbistanı yuana keçdikdən sonra, (Çin ona bunu etməyi məcbur edəcək), neft bazarının digər hissəsi də onun ardınca gedəcək” – deyə Vaynberq vurğulayıb.

 

Son xəbərlər
Digər xəbərlər