27 C
Baku
Saturday, July 27, 2024

Neft bazarında canlanma: 2 il öncəki qiymətinə, 60$-a çatır

Həftənin son iş günündə dünya bazarlarında Brent neftinin qiyməti bahalaşaraq 60 dollara yaxınlaşmaqla 2015-ci ilin iyul ayındakı qiymətə qayıdıb. Reuters-in verdiyi xəbərə görə, buna əsas səbəb kimi Saudiyyə vəlihədinin OPEC ilə bağlı hasilatın azalma müqaviləsinin uzadılmasına dair açıqlamaları olub.

Bakı vaxtı ilə saat 09:00  — Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 10 sent, yəni, 0,18 % bahalaşaraq 59,40$-a təklif olunur. Bu da 2015-ci ilin ortalarına olan qiymətə qayıtması deməkdir.

ABŞ nefti isə, əksinə, elə 52 dollar diapazonunda dəyişir. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,01$, yəni, 0,02% cüzi ucuzlaşaraq 52,63$-da qərarlaşıb.

Xatırladaq ki, Dünya Bankı öz hesabatında 2018-ci ildə neftin qiymətinin bir barelə görə 56$-a qədər artaracağını bəyan etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər