8 C
Baku
Friday, March 29, 2024

Neft bazarını “çalxalıyan” proqnoz: 10 dollara düşəcək

Dünya 2018-ci ildə batareya texnologiyaları sahəsində sıçrayışla qarşılaşacaq və nəticədə, ucuz elektrikli avtomobillərin kütləvi istehsalına başlanacaq. Nəticədə, neft ucuzlaşmağa başlayacaq. Ən güclü zərbə ilə S.Ərəbistanı və Rusiyaya üzləşəcək.

Bu proqnozla “Bloomberg” agentliyi çıxış edib.

Agentlik qeyd edir ki, dünya bazarında neftin qiyməti 2020-ci ildə 20 dollar/barelə düşəcək.

“Bloomberg” 2024-cü ildə neft qiymətlərinin 10 dollar/barelə qədər geriləməsini də istisna etmir. 2028-ci ildə isə qlobal neft sənayesində fəaliyyət göstərən iri neft şirkətlərinin iflas etməsi nəticəsində yaranacaq təşviş səbəbindən investorların bu sektordan kütləvi qaçışı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər