Birjalarda neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Banker.az Bakı vaxtı ilə 08:45 radələrinə olan iyul və avqust fyuçerslərinə istinadən xəbər verir.
Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 0.24 dollar, yaxud 0.33% ucuzlaşmaqla 72.28 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 0.22 dollar, yəni 0.31% ucuzlaşmaqla 70.07 dollara düşüb.