Dünya birjalarında neftin dəyəri azalıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 19 sent, yəni, 0.28% ucuzlaşaraq 67.93$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 15 sent, yəni, 0.24% artaraq 63.36$-da qərarlaşıb.