Keçən il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi üçün xərclənən vəsait məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Hesabatda qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnamə kapitalının artırılması üçün 407,9 milyon manat ayrılıb.