Neft Fondu bu il üzrə gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin avqustun 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən APA-ya verilən məlumata görə, bu ilin 7 ayında AÇQ yataqları üzrə fond 2 770 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.08.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 119,779 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər