27 C
Baku
Saturday, July 27, 2024

Neft fondu ötən il məzənnəni qorumaq üçün nə qədər xərcləyib?

Azərbaycanda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) tərəfindən 2020-ci il ərzində  7 milyard 303.71 milyon dollar ekvivalentində xarici valyuta satılıb. Bu barədə Banker.az-a ARDNF-dən bildirilir. Bu isə öncəki illə müqayisədə 11% çox olması deməkdir.

2019-cu ildə isə ARDNF banklara 6 milyard 593.86 milyon ABŞ dolları ekvivalentində valyuta satmışdı.

ARDNF dekabr ayı ərzində keçirilən doqquz valyuta hərracında 637.8 milyon dollar valyuta satılıb.

Qeyd edilir ki, dekabr ilin ilk 11 ayı ərzində keçirlən hərraclarda aylar üzrə ikinci ən çox dollara tələb olan ay olub.

2020-ci ildə ən yüksək rəqəm  1 milyard 928.30 milyon dollar olmaqla mart ayında qeyd alınmışdı.

333

Son xəbərlər
Digər xəbərlər