Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələr ilə Sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması) o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq.