10 C
Baku
Friday, December 13, 2024

Neft hasilatının azaldılması müqaviləsinin müddəti başa çatdı

Aprelin 1-də neft hasilatının azaldılması müqaviləsinin (OPEC+) müddəti başa çatır. Rusiyanın OPEC+ müqaviləsindən çıxması, habelə koronavirus pandemiyasının yayılması neft qiymətlərinin iki dəfədən çox düşməsinə gətirib çıxarıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, OPEC+ iştirakçılarının son iclası martın 6-da Vyanada keçirilmişdir. Tərəfdaşlar müqavilənin uzadılması üzrə ortaq razılığa gələ bilməyiblər. Belə ki, Rusiya neft istehsalını əvvəlki səviyyədə, Səudiyyə Ərəbistanı isə neftə olan tələbatın azaldığını nəzərə alaraq, neft hasilatını daha çox azaltmağı təklif etmişdir. Müqavilənin müddətinin başa çatmasını gözləməyən “Saudi Aramco” neft istehsalını aprelin 1-dən 25% artıracağını bəyan etdi və tərəfdaşlarına qarşı qiymət müharibəsinə başladı. Rusiyanın energetika naziri Aleksandr Novak isə istehsalı 0,2-0,3 milyon barelədək (3%) artıra biləcəyini bildirib.
Bu, neft bazarında qiymətlərin kəskin düşməsinə səbəb olub və 31 mart tarixində Brent markalı neftin qiyməti artıq 22,6 dollar təşkil edib.
Son xəbərlər
Digər xəbərlər