1 C
Baku
Saturday, December 14, 2024

Neft hasilatının ixtisarı daha bir ay uzadıla bilər

OPEC+ Nazirlər Monitorinq Komitəsinin iyun ayının 18-də keçiriləcək iclasında neft hasilatının may – iyun aylarına təyin olunmuş ixtisarını daha bir ay uzatmaq məsələsini müzakirə edilə bilər.

“TASS” xəbər verir ki, ölkə nümayəndə heyətlərindəki bir mənbə hasilat ixtisarının avqust ayınadək uzadıla biləcəyini istisna etməyib. Halbuki iclasın rəsmi gündəliyinə bu məsələ yoxdur. Başqa bir mənbə monitorinq komitəsini belə bir məsələni müzakirə etmək səlahiyyətinə malik olmadığını, yalnız razılaşmanın icrasını izləyə biləcəyini xatırladıb.

Qeyd edək ki, videokonfrans şəklində keçiriləcək komitə iclasında əvvəlcə komitə sədri, Səudiyyə Ərəbistanı enerji naziri şahzadə Əbdüləziz bin Salman, daha sonra Rusiya energetika naziri Aleksandr Novak, bu il OPEC konfransında sədrlik edən Əlcəzair neft naziri Məhəmməd Ərkab çıxış edəcəklər.

Bundan sonra iclasda neft bazarındakı vəziyyətə və üzv ölkələr tərədindən razılaşmaya necə əməl edilməsinə dair OPEC məruzəsi, habelə iclası ayın 17-də keçiriləcək Ekspertlər Komitəsinin hesabatı dinləniləcək.

Xatırladaq ki, OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılaşma ilkin olaraq may – iyun ayları üçün nəzərdə tutulsa da, 6 iyun tarixində keçirilən nazirlər görüşündə bunu iyul ayının sonunadək uzatmaq barədə razılığa gəlindi. Daha sonra “Reuters” xəbər verdi ki, hasilatın bu səviyyədə ixtisarının yayın sonunadək uzadılması da nazirlərin gündəminə gələ bilər. Lakin Nazirlər Monitorinq Komitəsi yalnız tövsiyə verə bilər və sonra bu tövsiyə Vyana razılaşmasının iştirakçısı olan 23 ölkə tərəfindən müzakirə olunmalıdır. Nazirlər Monitorinq Komitəsinin üzv ölkələri Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, Venesueladır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər