2 C
Baku
Sunday, December 15, 2024

Neft istehsalçıları hasilatı azaltmağa başlaya bilər

ABŞ-ın neft ehtiyatlarında artım prosesinin fevralın 3-10-da səngiməsi və növbəti hesabat həftəsindən ehtiyatların azalmağa başlaması proqnozlaşdırılır. Analitik qrupu hesab edir ki, ABŞ-da fevralın 5-də açıqlanan və bu günə qədər olan həftəlik aktiv neft buruqlarının sayını əks etdirən göstərici son 21 həftədə 20-ci dəfə azalaraq 498-dən 467-ə enib. Beləliklə, aktiv neft buruqlarının sayı 29 yanvar-5 fevral tarixləri arasında 31 ədəd və ya 6,2% azalıb.

Qeyd edək ki, məlumat ABŞ-ın “Baker Hughes” şirkəti tərəfindən həftəlik olaraq açıqlanır. “Baker Hughes”a görə, ümumiyyətlə, yanvar ayında dünya üzrə buruqların sayı 78 ədəd və ya 4% azalaraq 1 891-ə düşüb. Əsas azalma isə (60 ədəd və ya 8,4%) ABŞ-da qeydə alınıb və aktiv buruqların sayı fevralın 1-nə 654 ədəd təşkil edib. İl ərzində isə ABŞ-da aktiv buruqların sayı 1 029 ədəd və ya 61,1% azalıb.

Buruqların sayının azalması neft qiymətlərinin kəskin düşməsi nəticəsində bu sahəyə investisiya qoyuluşlarında məhdudiyyətlərin yaranması ilə izah olunur. Buna baxmayaraq, bəzi ölkələr neft hasilatını artırmağa müvəffəq olub. Yanvar ayında Kanadada buruqların sayı dekabr göstəricisi ilə müqayisədə 32 ədəd və ya 20% artaraq 192-yə çatıb. Lakin, 2015-ci ilin analoji dövrü ilə müqayisədə buruqların sayı 50%-ə yaxın azalıb.

Neft sektorunda neqativ dəyişikliklərə və aktivliyin azalmasına baxmayaraq, hasilat demək olar ki, azalmayıb. “Wood Mackenzie” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin yekununda gündəlik neft hasilatı qlobal miqyasda sadəcə 100 min barel və ya 0,1% azalıb. Buna baxmayaraq, hasilatda azalma 2009-cu ildən etibarən ilk dəfə qeydə alınıb. Report

Son xəbərlər
Digər xəbərlər