9 C
Baku
Friday, December 13, 2024

Neft kəskin ucuzlaşa bilər

Yaxın həftələrdə dünya bazarında neft kəskin ucuzlaşa bilər. Agentliyin analitik qrupu hesab edir ki, hazırkı qiymətlər fundamental amillərə əsaslanmır. Xammal bazarları OPEC və Rusiya görüşünün nəticəsiz qalacağını gördükdən sonra neft bazarında baş verən izafi təklif və qlobal iqtisadi yavaşlama reallıqlarına geri döndükdə neftin qiyməti yenidən 20-30 dollar/barel diapazonuna qayıda bilər.

Ekspertlər hesab edirlər ki, OPEC və Rusiyanın hasilatı dondurması yerinə hasilatı azaltması neft bazarında qiymətləri tarazlaya bilər. Bunun isə 2016-cı ilin sonunda baş verməsi mümkün ola bilər. Hasilatın dondurulması təklifin tələbi üstələməsini hazırkı səviyyədə, yəni 2 mln. barel/gün səviyyəsində saxlaya bilər. Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2016-cı ilin yanvarında neft hasilatı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 110 min barel/gün, Rusiyada isə gündəlik 50 min barel azalıb. ABŞ və Kanadanın toplam hasilatı isə əksinə, son iki ildə 1,9 mln. barel/gün, İraqda 1,7 mln. bael/gün artıb. Bundan başqa, İranın 2016-cı il ərzində gündəlik hasilatı 1 mln. barel artıracağı gözlənilir.

“Ən önəmli faktlardan biri isə neft ehtiyatlarının getdikcə artmasıdır. Belə ki, hazırda ABŞ-ın neft ehtiyatları 2010-2014-cü illərin orta ehityatlarını 162 mln. barel, 2015-ci ilin göstəricisini isə 74 mln. barel üstələyir. Bu ehtiyatların həcmi ilə neft qiymətləri arasında korelyasiya dərəcəsi çox yüksəkdir. Neft ehtiyatları ümumi neft rezervuarlarının tutumunun 80%-nə yüksəldikdə, neftin qiyməti adətən kəskin azalma göstərir. Hazırda isə bu göstərici 88%-ə bərabərdir”, – deyə analitiklər qeyd ediblər.

Ekspertlər bildiriblər ki, neft qiymətlərinin yüksəlməsi üçün ABŞ-da neft hasilatının 1 mln. barel/gün azalması tələb olunur.

Report

Son xəbərlər
Digər xəbərlər