Venesuela prezidenti müstəsna-iqtisadi fövqəladə vəziyyət elan edib. Öz səlahiyyətlərini daha 60 gün müddətinə artıran Maduro fəaliyyətini dayandırmış zavod və fabriklərin dövlət tərəfindən müsadirə edilməsi sahiblərinin isə həbs olunmasını barədə fərman verib.
Prezident Karakasdan xalqa müraciətində ölkənin dərin iqtisadi böhrandan çıxması üçün istehsal vasitələrinin bərpasına ehtiyac olduğunu bəyan edib.
Maduro öz xüsusi səlahiyyətlərinin vaxtını uzatmaqla və ölkədə fövqəladə vəziyyət elan etməklə Venesuelanı xarici dövlətlərin müdaxiləsindən qorumağa çalışdığını bildirib.
O, potensial xarici təhdidlərə qarşı tədbirlərin gücləndirilməsi üçün gələn həftədən hərbi təlimlərə başlanacağını vurğulayıb.
Venesuela dünyanın aparıcı neft ölkələrindən olsa da, qlobal neft qiymətlərinin tənəzzülü, qara qızıldan asılı olan iqtisadiyyatı sarsıdıb. Təkcə ötən il iqtisadi geriləmə 5.7 faiz təşkil edib, rəsmi inflasiya səviyyəsinin 180 faizi ötdüyü bildirilir.
Bu arada minlərlə insan paytaxt Karakas küçələrində hökümətə qarşı kütləvi etiraz aksiyası keçirib. Özlərilə gətirdikləri qazanları, davaları döyən və hökümət əleyhinə mahnılar oxuyan etirazçılar Madura hökümətinin hakimiyyətdən kənarlaşdırılması üçün referendumun keçirilməsini tələb edib.
ANS PRESS