2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0.6 faiz artaraq 724.4 manat təşkil etmişdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3230.7 manat, qeyri neft-qaz sektorunda 673.1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639.5 manat, özəl müəssisələrdə isə 827 manat olmuşdur.