ABŞ dollarının bahalaşması və qlobal ressesiya gözləntiləri neftin qiymətini 24 fevraldan əvvəlki dövrə qədər qaytarıb.
Banker.az xəbər verir ki, Brent markalı xam neft fyuçersinin bir barreli Bakı vaxtı ilə 17:40 radələrində 94.83 dollar səviyyəsinə düşüb. Bu da 21 fevraldan bu tərəfə minimal göstəricidir.
ABŞ dolları FED-in faiz artımı ilə bağlı ehtimalları ilə əksər güclü valyutalara qarşı bahalaşıb. Dolların indeksi 109.102 səviyyəsinə qədər artıb ki, bu da 2002-ci ilin sonundan bu tərəfə maksimumdur.