21 C
Baku
Thursday, April 25, 2024

Neft qiymətləri bahalaşır – Onu ixrac edənlər özü də yüksək qiymətdən “narahatdır”

Həftənin üçüncü iş günündə neft qiymətləri ABŞ-ın Rusiya neftinin idxalına qadağa qoyması və bəzi alıcıların artıq onu almaqdan çəkindiyinə dair işarələr fonunda potensial tədarük şoku qorxusu ilə möhkəmlənib.

Brent markalı xam neftin may fyuçersləri əvvəlki gün 3.9% bahalaşdıqdan sonra 3.00 dollar, yaxud 2.34% bahalaşaraq 1 barreli 130.98 dollar olub.

ABŞ-ın Qərbi Texas neft markası (WTI) ötən gün 3.6% artdıqdan sonra, bu gün daha 2.34 dollar və ya 1.89% bahalaşaraq bir barel üçün 126.04 dollar olub.

ABŞ Prezident Co Bayden ötən gün Rusiya nefti və digər enerji idxalına dərhal qadağa qoydu və İngiltərə Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandıracağını bildirib

Rusiyadan ucuz neft alan “Shell”də qınaqlardan sonra Rusiya neftinin alınmasını dayandıracağını və Rusiyanı tamamilə tərk edən ilk böyük Qərb neft şirkətlərindən biri olacağını açıqladı.

Bu arada, nüfuzlu “Goldman Sachs  limanlardan ixrac edilən Rusiya neftinin yarıdan çoxunun satılmamış qaldığını, “JP Morgan” isə Rusiyanın dəniz neftinin təxminən 70%-nin alıcı tapmaqda çətinlik çəkdiyini təxmin edir.

Dünyanın ikinci ən böyük xam neft ixracatçısı olan Rusiyanın Ukraynada işğal, yaxud özlərrinin adlanrıdığı “hərbi əməliyyata”dan sonra neft qiymətləri 30%-dən bahalaşma yaşayaraq 2008-ci ildən bu tərəfə maksimumdadır. Analitiklərin fikrincə, Moskvaya qarşı sanksiyaların artması fonunda neft tədarükünün daha da kəsiləcəyi qorxusu alışı artırıb.

Bazar ertəsi günü neftin qiyməti 2008-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə qalxdı, Brent 139.13 USD/barel, WTI isə 130.50 USD oldu.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) da hazırkı tarixi yüksək neft qiymətləri bütün bazar iştirakçıları üçün qeyri-sağlam olduğunu etiraf edib.

OPEC-in tədqiqat bölməsinin direktoru Ayed əl-Kahtani bildirib ki, “ümid edirik, bu böhran yarandığı templə də həll olunacaq, çünki neftin hazırkı qiyməti heç bir bazar iştirakçısı üçün sağlam deyil”.

ABŞ Energetika Nazirliyi 2022-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu barrel üçün 82.87 dollardan 105.22 dollara yüksəldib.

Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, martın ilk həftəsində Rusiyanın Ukraynada hərbi əməliyyatına başlaması və onun ardınca Rusiyaya qarşı sanksiyalarının tətbiqi fonunda Brent markalı neftin qiyməti kəskin şəkildə artıb.  Martın ilk həftəsində Rusiyanın Ukraynada hərbi əməliyyatına başlaması və onun ardınca Rusiyaya qarşı sanksiyalarının tətbiqi fonunda Brent markalı neftin qiyməti kəskin şəkildə artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər